Blüz musiqisinin əfsanələrindən sayılan 84 yaşlı amerikalı gitara ifaçısı Otis Raş dünyasını dəyişib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənninin ölmünə səbəb insult keçirməsi olub. 

Qeyd edək ki, 1956-cı ildə ifa etdiyi "I Can't Quit You Baby" mahnısı ilə məşhurlaşan müğənninin yaradıcılığı Karlos Santana və Erik Klepton kimi müğənnilərin ifasına ciddi təsir göstərib.