Almaniyanın 2-ci liqa təmsilçiləri "Sankt-Pauli və "Hamburq arasında keçiriləcək oyundan əvvəl maraqlı hadisə yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Sank-Paulinin azarkeşləri "Hamburq klubunun rənglərinə boyanmış insan maketini şəhərin mərkəzində yerləşən körpüdən asıblar. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərdə 30 nəfər "Sankt-Pauli azarkeşinin də "Hamburqun tərəfdarlarına hücum etdiyi qeyd edilib.

Hamburq şəhərinin iki komandası olan "Sankt-Pauli ilə "Hamburq arasında oyun bu gün, saat 15:30-da keçiriləcək.