Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb.

Unikal.org faktxəbər-ə istinadən xəbər verir ki, hadisənin Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Əvvəlcə küçədə var-gəl edən oğru bir qədər sonra hasardan aşaraq həyətə daxil olur. Həyətdə müəyyən qədər vurnuxduqdan sonra isə evə yaxınlaşır. Amma burada qəfildən kameranı görür və üzünü əli ilə örtəməyə çalışır. Daha sonra isə evin başqa tərəfindən evə daxil olmağa çalışır.

Oğru həyətdən çıxarkən əlində olanı dişi ilə tutur və hasarın üstünə qalxır.