Şəmkir rayonunda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 2-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Dəllər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Cəfərov saxlanılıb.