Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada MusicBox-un "Ən yaxşı müğənni" nominasiyasının qalibi olub.

Unikal.org-un məlumatına görə, Emin Ağalarovun bununla bağlı sevincini öz Instagram səhifəsindəki izləyiciləri ilə bölüşüb.

"Music Box-un "Ən yaxşı müğənni" mükafatına mən layiq görülmüşəm. Bu nominasiyada mənə səs verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Belə bir ad almaq artist üçün böyük şərəfdir və sizi daha çox sevindirmək üçün əla stimuldur, dostlar!" -” deyə Emin yazıb.
MusicBox mükafatı 2013-cü ildən verilir. Sosial şəbəkələrdə və mükafatın rəsmi saytında keçirilən səsvermə nəticəsində hər bir nominasiya üzrə 6 finalçı müəyyən edilir. Qalib isə bu finalçılar arasından seçilir.