İşğal altında olan Qarabağda erməni əsgər ölüb.

Unikal.org xəbər verir ki, bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.

Bu gün saat 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birində 1997-ci il təvəllüdlü erməni əsgər Qevorq Suren Haroyan naməlum səbəblərdən ağır yaralanıb.

Məlumata görə, yaralı əsgər hərbi hospitala köçürülüb və saat 15 radələrində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.