Avropa Birliyinə məxsus konvoya Somalinin paytaxtı Moqadişuda hücum edilib.

Unikal.org xəbər verir ki, AB-nin Sülh Qüvvəsi AMISKOM-u hədəf alan Əş-Şəbab terrorçuları bomba yüklü avtomobili partladıblar. Nəticədə 10 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Əş-Şəbabın sözçüsü Əbu Musab hücumu üzərlərinə götürdüklərini, avropalı rəsmiləri hədəf aldıqlarını bildirib.

O qeyd edib ki, daha sonra itkilər haqqında məlumat verəcək.