Ağcabədi rayonu ərazisində "VAZ-21074 markalı avtomobillə "MTZ-82 markalı traktor toqquşub. 

DİN-dən Unikal.org-a verilən məlumata görə, sentyabrın 29-da saat 14 radələrində Ağcabədi rayonunun Qaravəlli kənd sakinləri Hüseyn Bayramovun idarə etdiyi "VAZ-21074 markalı avtomobillə Ağcabədi şəhər sakini Elçin İbrahimovun idarə etdiyi "MTZ-82 markalı traktor toqquşub. Nəticədə H.Bayramovun sərnişini - atası Mehdi xəstəxanaya yerləşdirilib və orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.