Bakı sakini, 1985-ci il təvəllüdlü Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Unikal.org xəbər verir ki, yaxınlarının sözlərinə görə, Vüsalın heç kəslə problemi və mübahisəsi olmayıb. Həmçinin onun heç kimə borcu yoxdur.

Vüsalın hara getdiyi məlum deyil. Bu günədək qohumları ilə birgə aparılan axtarışlar da nəticə verməyib.

Vüsal Osmanovun yoxa çıxması ilə bağlı polisə məlumat verilib. 8-ci polis bölməsi tərəfindən axtarışlar davam etdirilir.