Ukraynanın paytaxtı Kiyev şəhərinin "Bessarabiskiy bazarı qarşısında azərbaycanlı həmyerlisinin boğazını kəsib.

Unikal.org xəbər verir ki, Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü Hüseynov Şirzad digər Azərbaycan vətəndaşı 1982-ci il təvəllüdlü Abdullayev Rəşadı bıçaqalayaraq ağır yaralayıb. Belə ki, Ş.Hüseynov R.Abdulalyevin boğazını dərindən kəsib. 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 

Kiyev şəhər Şevçenkovskiy rayon polisi Ş. Hüseynovu saxlayıb.