Bakıda motosikletin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Baku.ws-ə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, qəza "5 mərtəbə adlanan ərazidə, Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, 99 YP 464 nömrə nişanlı YPX maşını dönmə əməliyyatını düzgün yerinə yetirməyərək, motosikleti vurub.

Nəticədə motosiklet sürücüsünün ayaqları əzilib.