Bakıda 32 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Osmanov bu il iyulun 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun boyu 171 sm., arıq bədən quruluşludur, ağ bənizli, qara saçlı, gözlərinin rəngi şabalıdıdır. Xüsusi nişanəsi yoxdur, belində qara xalı var.

Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Səbail rayon Polis idarəsinə (012) 437-02-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.