Avropa Liqasında "Qarabağ və İngiltərənin Arsenal komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Unikal.org təmsilçimizin rəsmi "facebook səhifəsinə istinadən xəbər verir ki, artıq 55 min bilet satılıb.

Qeyd edək ki, oktyabrın 4-də 70 minədək tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ - Arsenal oyunu saat 20:55-də başlayacaq. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır.