Taylandın Samutprakan vilayətində yeni doğulmuş qız uşağı beşinci mərtəbədən düşüb və möcüzə sayəsində sağ qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yerli sakinlər binanın arxasından körpə səsi eşidiblər. Dərhal binanın arxasına baxan sakinlər banan yarpaqlarının üzərində uşağın ağladığını görüblər. 

Beşinci mərtəbədən yıxılan uşaq banan yarpaqlarının üzərinə düşməsi sayəsində heç bir xəsarət almayıb. 

Polisin versiyasına görə, uşaq özü yıxılmayıb, onu anası pəncərədən atıb.  Polis hazırda ananın axtarışına başlayıb. Qadın qətl törətməyə cəhd maddəsi ilə ittiham olunur.