Dünən Bakının Nizami rayonunda yerləşən 8-ci km bazarında azyaşlı uşaq itkin düşüb.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri sosial şəbəkələrdə məlumat yayıblar. İddia ediblər ki, 3 yaşlı Maral Fuad qızı Muxtarovanı bazarda oğurlayıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsinə və prokurorluğa müraciət edilib. Axtarışlardan sonra uşaq tapılıb.