Xəbər verdiyimiz kimi, 
Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İSUZU markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Məlum olub ki, ölənlərdən biri "Sumqayıt FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımovdur. 

Unikal.org-un xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

"Sumqayıt Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.

Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib.