Rusiya hökuməti ölkə iqtisadiyyatının ABŞ dollarından imtina etməsi barədə qanun layihəsi hazırlayır və sənəd bir-iki həftədən sonra baş nazir Dmitri Medvedev tərəfindən imzalanmalıdır. 

Unikal.org xəbər verir ki, bu barədə "The Bell nəşri birdən-birə üç mənbəyə istinadən xəbər verir.

Mənbə bildirir ki, hökumət dollarla hesablaşmaları qadağan etməyəcək.

Bu təşəbbüs ilk növbədə milli valyutada hesablaşmalara imkan yaratmalı, valyuta nəzarətini asanlaşdırmalı və valyuta qanunvericiliyini liberallaşdırmalıdır. Layihədə Çin və Avropa İttifaqı ölkələri ilə hesablaşmaların müvafiq olaraq yuan və avroya, Avrasiya İqtisadi İttifaqı ölkələri iləsə rubla keçirilməsini nəzərdə tutur.