ABŞ-a məxsus "C-130J" tipli "Herkules" təyyarəsi Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində aerodromda qəzaya uğrayıb.

Unikal.org "İnterfaks"a istinadən xəbər verir ki,qəzada altı ekipaj üzvü və 5 mülki şəxs ölüb.

Onlar NATO-nun Əfqanıstandakı missiyasının əməkdaşları olublar."Taliban" hərəkatının nümayəndələri təyyarənin onlar tərəfindən vurulduğunu bəyan ediblər.

ABŞ hərbi komandanlığı isə yaraqlıların bəyanatını təsdiqləməyərək qəzanın səbəblərinin araşdırıldığını bildiriblər.