Əməkdar artist Tünzalə Əliyeva üçün "Bizimləsən verilişində nə qədər pul yığıldığı açıqlanıb.

Unikal.org məlumat verir ki, ötən gün aparıcı Zaur Baxşəliyev bildirib ki, Toppuş bacı üçün 53 700 manat pul toplanıb.

Onun hazırda kreditini bitirməsi üçün 6300 manat pul qalıb.

Qeyd edək ki, Tünzalə Əliyevanın proqramda insanlardan krediti üçün pul toplaması sosial şəbəkədə tənqid hədəfinə çevrilib.