Milli Müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Yığıncağı çərçivəsində insansız dəniz sistemlərinin inkişafı üçün çoxmillətli bəyannamə imzalayıb.

Unikal.org xəbər verir ki, Türkiyə, Almaniya, ABŞ, İngiltərə, Belçika, Danimarka, Hollandiya, İspaniya, İtaliya, Norveç, Polşa, Portuqaliya və Yunanıstanın iştirakı ilə insansız dəniz sistemlərinin inkişafına aid sənədə imza atılıb.

Bəyannamədə ölkələr arasında əməkdaşlıq, kadrların toplanması və standartların müəyyən edilməsi baxımından hüquqi bazanın yaradılmasını nəzərdə tutulur.

Bir tərəfdən çoxmillətli bir müəssisə NATO-nu yüksək səviyyəli insansız dəniz sistemi ilə təmin etmək məqsədi daşıyan layihə digər tərəfdən əməkdaşlıq vasitəsi ilə maliyyə resurslarının itkisini maneə törətməyi nəzərdə tutur.

İnsansız dəniz sistemləri robotik sistemlərin istifadəsi ilə hərbi əməliyyat mühitində insan həyatı üçün mümkün riskləri azaltmağa çalışır.(modern.az)