Reytinqləri alt-üst edən "Maşın realiti şousu yenidən start götürəcək.

Unikal.org  baku.ws-ə istinadən xəbər verir ki,"M Group Production şirkətinin istehsalı olan layihə dekabr ayında başlayacaq.

Prodakşnın baş prodüseri Toğrul Məmmədovbildirib ki, budəfəki sürətdə tamaşaçıları bir çox yeniliklər gözləyir.

Prodüserin sözlərinə görə, yarışmanın qaydalarında bəzi dəyişikliklər olunub. Bundan əlavə, şounun tarixində ilk dəfə olaraq tamaşaçıların mobil əlavə vasitəsi ilə həm ödənişli, həm də ödənişsiz şəkildə səs vermələri mümkün olacaq.

Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şou ATV kanalında yayımlanacaq.