Avtomobildə marixuana, bıçaq, tapança, patron və ratsiya aşkar edilib.

DGK-dən Unikal.org-a verilən məlumata görə, gömrükçülər narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Ford Mondeo markalı minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd "Kenwood markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində "Maqnum; патрон 9mm травматический markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.