"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"la keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.

Unikal.org klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, müraciətdə belə deyilir:

"Qarabağ"ın "Arsenal"la oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacaqdır. Azarkeşlərimizdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur".

"Qarabağ" - "Arsenal" matçı bu gün saat 20:55-də başlayacaq.