Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, oktyabrın 3-dən 4-ə keçən gecə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının tələbəsi 1998-ci il təvəllüdlü Röyal Rövşən oğlu Bədirov qapalı kəllə-beyn travması və bədənin yumşaq toxumalarının əziyi dioqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan "Reporta bildirlib ki, Röyal Bədirov müayinə zamanı Zaqatala şəhər ərazisində tanımadığı şəxslər tərəfindən döyüldüyünü bildirib. Röyal Bədirova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.