Türkiyə Futbol Federasiyası (TFF) Professional Futbol Intizam Qurumu "Fənərbaxça klubuna 20 min lirə pul cəzası verib.

Unikal.org  xəbər verir ki, TFF-in verdiyi açıqlamada Spor Toto Super Liqasında "Çaykur Rizəspor ilə "Fənərbaxça oyunundan sonrakı reportajda "Fənərbaxça klubunun futbolçularının iştirakı ilə bağlı təlimatlara riayət etməməsinə görə 20 min lirə pul cəzası aldıqları bildirilib.

Qurum, həmçinin, "Göztəpəyə 50 min, "MKE Ankaragücü və "Böyükşəhər Bələdiyyəsi Ərzurumspora 20 min lirə pul cəzası verib.