"Qarabağla oyundan sonra "Arsenalın futbolçusu Məsut Özil Azərbaycana təşəkkür edib.

Unikal.org xəbər verir ki, futbolçu oyundan sonra onunla foto çəkdirən iki azərbaycanlı azarkeşlə şəklini paylaşaraq, ona olan münasibətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, "Qarabağ - "Arsenal oyununa ikinci hissədə daxil olmuş Məsut Özil azərbaycanlı azarkeşlərin alqışlarına səbəb olub. O, oyundan sonra formasını da azarkeşlərin yer aldığı tribunaya tərəf atıb.

Xatırladaq ki, Azərbaycan çempionu "Qarabağ Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda İngiltərənin "Arsenal klubuna qarşı çıxış edib. Matç 0:3 hesabla qonaqların qələbəsi ilə bitib.