Hazırda karyerasını ABŞ-ın "Los-Anceles Qalaksi klubunda davam etdirən Zlatan İbrahimoviç "Milana transfer olacağı haqda çıxan iddialara cavab verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, isveçli futbolçu bu haqda məlumatının olmadığını deyib:

"Milan"? Məni bütün dünya istəyir. Buna təəccüblənmirəm. "Milan mənim karyeramboyu oynadığım ən böyük klubdur. "Milana transfer olunacağım barədə heç nə eşitməmişəm.

İbrahimoviçin karyerası "Malmödə başlayıb. Daha sonra "Ayaksa keçən hücumçu, "Barselona, "İnter, "Milan, "Yuventus, PSJ kimi klubların şərəfini qoruyub.