"Qarabağın futbolçusu Hannes Halldorsson İslandiya millisinin heyətinə dəvət olunub.

Unikal.org xəbər verir ki, 34 yaşlı qolkiper İslandiya millisinin Fransayla keçirəcəyi yoxlama oyununa və UEFA Millətlər Liqasında İsveçrəyə qarşı keçiriləcək matça dəvət alıb.

İslandiya millisi yoxlama oyununda oktyabrın 11-də Fransayla, oktyabrın 15-də isə Millətlər Liqasında İsveçrəylə qarşılaşacaq.