"Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyonun Premyer Liqada qarşılaşacaqları "Nyukasl matçından əvvəl mətbuat konfransı keçirilib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandada olan problemlərdən danışıb:

"Komanda daxilində olan problemləri hər kəs məşqçi işinin düzgün təşkil edilməməsində görür. Ancaq bu belə deyil. Ötən mövsüm bizim üçün uğurlu oldu, Premyer Liqanı 2-ci pillədə tamamladıq. Lakin indi belə deyil. Komanda olaraq problemlərimiz var. Keçən mövsümü bizdən arxada bitirən komandalar indi daha yaxşı təşkil olunub və daha güclü potensiala sahibdirlər.

MY Premyer Liqada 7 turdan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb.