Müğənni Günel Ələkbərova sosial şəbəkədə ona təhqir yazan istifadəçini məhkəməyə verib.

Unikal.org-un məlumatına görə, sənətçi bu haqda ARB TV-nin "Şou news verilişində deyib. Günel deyib ki, bundan sonra onu təhqir edən hər kəsi polisə şikayət edəcək:

"Kompüter arxasında şir, pələng olurlar. İnsanda cürətə bax, şəxsi səhifəmə girib şərh yazır. Mən o şərhi sildim. Yenidən çox pis sözlərlə yazdı. Onu qara siyahıya ata bilərdim, amma etmədim. Düşündüm ki, belə mənəvi cəhətdən kasad insanın bir neçə profili var. Elə mikroblara görə istəmərəm kiminsə əli qana batsın. Hər kəsin bir səbr kasası var və qərara verdim ki, qanunla bunu həll edim.