Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun Konor Makqreqorüzərində qazandığı qələbə Mahaçqalada böyük izdihamla qeyd edilib.

Unikal.org bildirir ki, irlandiyalı ilə çempion döyüşünün nümayiş etdirildiyi "Rusiya" kinoteatrının ətrafında idmançının fanatları bir neçə küçədə hərəkəti bağlayıblar. Onlar hərəkət zolağında rəqs edir, avtomobillərin üzərində atlanıb-düşür, hətta havaya atəş açıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Nurməhəmmədov 4-cü raundda Makqreqor üzərində qələbə qazanıb və UFC çempionu kəmərini qoruyub.