Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

Unikal.org "Report-a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

O qeyd edib ki, yaralılardan 4-ü kişidir: "Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir.