Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Unikal.org report-a  istinadən xəbər verir ki,  hadisə qısqanclıq zəmnində baş verib.

Belə ki, rayonun Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovu yaşadığı evə çağıraraq onunla mübahisə edib. Mübahisə zamanı G.Quliyev C.Novruzovun ürəyinə iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib və Cəlilabad Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Şübhəli şəxs qismində saxlanılan G.Quliyev istintaqa ilk ifadəsində Ceyhun Novruzovu keçmiş həyat yoldaşı ilə münasibətinin olduğunundan şübhələnərək qətlə yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə oktyabrın 7-də baş verib.

Xatırladaq ki, ötən gün Cəlilabad rayonunda daha bir qətl hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini dayısını qətlə yetirib.