Dünən İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli")  araşdırma başa çatdıqdan sonra Azərbaycana ekstradisiya olunacaq.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Səlifovun ötən illər ərzində İstanbulda baş verən və azərbaycanlıların da adı hallanan mafiya cinayətləri ilə bağlantısının olub-olmadığını araşdıracaq.