Sumqayıt şəhər sakini Bakıda itkin düşüb.

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan, 1993-cü il təvəllüdlü Hüseynzadə İlkin Alim oğlu sentyabrın 30-da Bakının Yasamal rayonu, Moskva prospektində "Şamaxı yolu" adlanan ərazidə avtobusdan düşərək naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.