Bakıda Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən "Turan" klinikasında pasiyent həkimi döyüb.

Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb.

Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü polis bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.