NATO-nun "Qətiyyətli Dəstək missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.