"Çelsinin futbolçusu Eden Hazard gələcək karyerası haqda danışıb.

Unikal.org xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Hazard, "Reala getmək istədiyini deyib:

"Real" dünyanın ən güclü komandasıdır. Bu gün yalan demək istəmirəm, "Realda oynamaq uşaqlıq arzumdur. Bu gün bu haqda danışmayacam, vaxtım azdır. Ancaq tezliklə bu barədə danışacağıq.

Dünya çempionatından sonra getmək istədiyimi dedim. Çünki yaxşı bir turnir keçirdim və getmək istəyirdim. Mən hər şeyin ən yaxşısının olmasını istəyirəm. Nə olacağını görəcəyik. Bəzən fikirlərim qarışır. Bir səhər yuxudan oyanıram və getmək istədiyimi düşünürəm, növbəti gün isə qalmaq istəyirəm. Qərar vermək çox çətindir.