Bakıda "Kia" ilə "Hyundai" markalı avtomobillər toqquşub.

Unikal.org-un məlumatına görə, qəza metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib.

İlkin ehtimala görə, qəzaya səbəb "Hyundai" markalı avtomobilin ara məsafəni gözləməməsi olub.

Qeyd edək ki, "Kia" avtomobilinin sürücüsü qadın olub. Sürücünün vəziyyəti pisləşdiyindən qəza yerinə təcili tibbi yardım çağırılıb.