İndiyə qədər alkoholun müəyyən dozalarda qəbulunun orqanizm üçün xeyirli olması heç bir sübut olmadan iddia edilsə də, Vaşinqton universitetitinin alimlərinin gəldiyi nəticə budur ki, spritli içkilərin istənilən miqdarda qəbulu xərçəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradaraq, vaxtından əvvəl ölümə səbəb olur.

Unikal.org bildirir ki,400 min nəfərin iştirakıyla 18-85 yaş arası aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, istənilən miqdarda spirtli içkilərin qəbulu insan üçün zərərlidir.

Yaxın vaxtlarda dərc edilmiş Dünya Səhiyyə Təşkilatının hesabatına əsasən, alkoholun qəbulu nəticəsində hər il dünyada 3 milyona yaxın insan dünyasını dəyişir.