Mingəçevirdə intihar hadisəsi olub.

Unikal.org "Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında "Energetik" yaşayış massivinə daxil olan "Vaqon şəhərcik" adlanan ərazidə baş verib.

Məmmədov Əli Rəsul oğlu adlı gənc Qarabağ kanalının sahilində özünü silahla vuraraq öldürüb.

Məlumata görə, o, avtomatik silahla çənə nayihəsinə iki dəfə atəş açıb və yerindəcə ölüb. Meyit tibbi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil.