Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə bibər qazından zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb.

Unikal.org xəbər verir ki, məktəbdə şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət edilsin.

Təhsil ocağından qeyd olunub ki, hazırda məktəbdə hər şey qaydasındadır.