İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Unikal.org-a verilən məlumaına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan həbs olunmuş şəxsə atası Gəncə şəhəri sakini İslamzadə Orxan Bəhram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman çantasında olan sovqatın içərisindən ümumi uzunluğu 20 sm olan üzərində "Golden Lepat sözləri yazılmış bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.