Şəki sakini küçədə döyülüb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində "İpək" ASC-nin yaxınlığında baş verib.

Rayon sakini, Mustafayev Nurəddin Novruz oğlu aralarında baş vermiş münaqişə nəticəsində həmyerlisi Mustafazadə Elçin Əsgər oğlunu təpiklə sifət və baş nayihələrinə, bədəninin digər hissələrinə çoxsaylı zərbələr endirib.

E.Mustafazadə qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəki şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb.