Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.

Unikal.org bildirir ki, report-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.

Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.

Qeyd edək ki, oyun  Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.