Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun amerikalı rahib Endryu Bransonun azadlığa buraxılması ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Altgun Türkiyənin demokratik hüquq dövləti olduğunu bildirib.

"Bu qərar Türkiyədə məhkəmənin müstəqil və tərəfsiz olduğunu ortaya qoydu", - deyə PA rəsmisi qeyd edib.

Qeyd edək ki, bu gün E.Branson məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Onun yaxın zamanda vətəni ABŞ-a gedəcəyi gözlənilir.