Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.

Unikal.org xəbər verir ki,bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, A.Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.

Bundan əlavə, Lukaşenko Rusiya Federasiyasının rəhbərini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.

Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.