Yaponiyanın Komaki şəhərində evlərin birinin üzərinə meteorit düşüb.

Unikal.org-un məlumatına görə, evin damına düşən daş parçası 3 yerə parçalanıb.

Aparılan araşdırmalar nəticəsində bunun meteorit olduğu müəyyənləşib.

Həmin meteoritin 4,5 milyard yaşı olduğu ehtimal edilir. "Komaki meteoriti adı verilən daşlar muzeyə yerləşdirilib.