Yunanıstanda miqrantları daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, ağır yol qəzası nəticəsində mikroavtobusun içərisində olan 11 miqrant  nəqliyyat vasitəsini tərk edə bilməyib və diri-diri yanaraq ölüb.

Yük maşınının sürücüsü olan yunan vətəndaşı son anda maşını tərk edə bilib.

İlkin ehtimala görə mikroavtobusun sürücüsü yüksək sürətə görə idarəetməni itirib və yük maşınına çırpılıb.

Qeyd edək ki, güclü yanğına görə polis ölənlərin kimliklərini müəyyənləşdirə bilməyib və bu məqsədlə ekspertiza təyin olunub.