Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kayseridə açılış  mərasimində çıxışı zamanı media mənsublarının  diqqətini  tədbirdə iştirak edən bir  gənc cəlb edib.

Unikal.org xəbər verir ki, bu  şəxs ölkənin Milli müdafiə naziri Hulusi Akarın oğlu Səlim Akar olub. Belə  ki, nazirin oğlu kameraların obyektivinə tuş gəlib. İlk dəfə görüntülənən Səlim Akarın mərasimi diqqətlə təqib etdiyi müşahidə olunub.